Türkiyədə ağır yol qəzası - Ölənlər və yaralananlar var

Dünya

22.04.2025 21:00

7

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

TodayPress “Haber Global”a istinadən xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb.

Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb. 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün vəziyyəti ağırdır.

Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.


tag: Türkiyə, Van, Qəza, Ölüm, Yaralı, todaypress.az,