Türkiyədə ağır yol qəzası oldu, ölənlər və yaralananlar var
Dünya
10.11.2024 09:15
Türkiyənin Rizə şəhərinin Ardeşen rayonunda
üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər
ölüb, səkkiz nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” məlumat
yayıb.
Ardeşen-Çamlıhemşin avtomobil yolunun 3-cü kilometrində
Kenan Yeniçırakın idarə etdiyi avtomobil ilə sürücüləri müəyyən edilməyən iki
avtomobil toqquşub.
Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım və
jandarma qrupları göndərilib.
Qəzada Kenan Yeniçırak və Turan Kuyumcu hadisə yerində
keçiniblər.
Yaralanan səkkiz nəfər şəhərin müxtəlif xəstəxanalarına
yerləşdirilib.
tag: Türkiyə,Rizə, Anadolu, Qəza, todaypress.az,