Türkiyədə ağır yol qəzası baş verdi - FOTO

Dünya

24.11.2024 11:49

Türkiyədə baş verən zəncirvari yol qəzasında 30 nəfər xəsarət alıb.

TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Emirdağ rayonunda baş verib.

Belə ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşub.

Qəzada yaralanan 30 sərnişin Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

tag: Türkiyə,Yol,Qəza,Ölüm,Yaralı,Afyonkarahisar,todaypress.az,

photo