Türkiyədə ağır yol qəzası baş verdi, 18 nəfər yaralandı
Türkiyədə şagirdləri daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 18 nəfər yaralanıb.
TodayPress Habertürk”ə istinadən xəbər verir ki, hadisə Sinop şəhərində qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin durumu ağırdır.
tag: Türkiyə, Avtobus, Toqquşma,Yaralı,todaypress.az,