Türkiyədə ağır yol qəzası - 22 nəfər yaralandı

Dünya

17.12.2024 20:16

Türkiyənin Manisa vilayətində işçiləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “Cümhuriyyət” saytı məlumat verib.

Məlumata görə, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

Faktla bağlı araşdırılma aparılır.

Aynur TAC

 

tag: Türkiyə, Qəza, Yaralı, Avtobus, Yük Maşını, Hadisə, todaypress.az,