Türkiyədə ağır yol qəzası - 11 nəfər yaralandı

Dünya

24.04.2025 21:00

8

Türkiyənin Osmaniyə şəhərində şagirdləri daşıyan avtobusla minik maşını toqquşub.

TodayPress  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində doqquzu şagird olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

tag: Türkiyə, Osmaniye,Şagird, Avtobus, Qəza, Ölüm, todaypress.az,