Türkiyədə 53 şagird qidadan zəhərləndi

Dünya

30.04.2025 20:20

26

Türkiyədə 53 şagird qidadan zəhərlənib.

TodayPress “Haber Global”a istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıkan məktəbində qeydə alınıb.

Məktəbdə yeməkdən sonra onlarda qızdırma, halsızlıq müşahidə olunub. Xəstəxanaya yerləşdirilən şagirdlərə zəhərlənmə diaqnozu qoyulub.

Onlardan 47-si artıq evə buraxılıb. Qalanlarının isə müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

tag: Türkiyə, Qida, Şagird, Zəhərlənmə, todaypress.az,