Türkiyədə 53 ilin ən isti iyun ayı qeydə alındı
Bu il Türkiyədə orta
temperatur göstəricisinə görə son 53 ilin ən isti iyun ayı qeydə alınıb.
TodayPress xəbər verir
ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi
Nazirliyinin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, iyun ayında
ölkədə havanın ən aşağı temperaturu Ərzurumda (1,6), ən yüksək temperaturu isə
Şanlıurfanın Ceylanpınar (47,8) rayonunda qeydə alınıb.
Xatırladaq ki, iyunda orta
aylıq temperatur 21,8 dərəcədir. 1991 - 2020-ci illəri əhatə edən temperatur bu
il 3,6 dərəcə yüksələrək 25,4 dərəcəyə çatıb.
tag: todaypress.az, Türkiyə, İyun, Ərzurum, Şanlıurfa,