Türkiyədə 5,2 maqnitudada zəlzələ baş verdi
Dünya
07.08.2024 09:01
Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.
TodayPress-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Bildirilib ki, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
tag: Türkiyə, Zəlzələ, Avropa, Aralıq Dənizi , Kazan, todaypress.az,