Türkiyədə 4.6 maqnitudalı zəlzələ oldu

Dünya

04.12.2024 15:13

Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.

tag: Türkiyə, Zəlzələ, Maqnit, Qazipaşa, todaypress.az,