Türkiyədə 4,4 bal gücündə zəlzələ oldu
Türkiyədə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Qeyd olunub ki, yerli vaxtla 20:24-də ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
tag: Zəlzələ, Türkiyə, Malatya, Yeraltı təkan, todaypress.az,