Türkiyədə 210-dan çox hotel möhürləndi
Dünya
31.01.2025 20:49
Türkiyədə nəzarət orqanları yanğın
təhlükəsizliyi normaları və lazımi lisenziyaların mövcudluğu ilə bağlı aparılan
yoxlamalar zamanı 210-dan çox hoteli möhürləyib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə mediası
məlumat yayıb.
Məşhur Uludağ xizək kurortunun yerləşdiyi Bursa
vilayətində 161 hotel və villa möhürlənib.
Bu obyektlərdə biznes lisenziyalarının olmaması və
otaqların təchizatı üzrə təhlükəsizlik tələblərinin pozulması aşkar edilib.
Xatırladaq ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin
Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş
verib. Yanğın zamanı hoteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb,
50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm
elan edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı 28
nəfərin saxlanıldığı bildirib.
tag: Türkiyə, Hotel, Uludağ, Bursa, Yanğın, Bolu, todaypress.az,