Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək
Dünya
13.07.2024 20:55
Türkiyədə qeyd edilən
Demokratiya və Milli Birlik Günü ilə əlaqədar olaraq iyulun 15-də müxtəlif şəhərlərdə
“Millətin qələbəsi” şüarı altında çoxsaylı tədbirlər keçiriləcək.
TodayPress xəbər
verir ki, Ankarada Türkiyə Prezidenti Administrasiyasında hakimiyyətin
zorakılıqla ələ keçirilməsi cəhdinin qarşısının alınmasının səkkizinci
ildönümündə təntənəli tədbir təşkil olunacaq. İştirakçılar Fetullah Gülen
(FETÖ) terror təşkilatının tərəfdarları ilə mübarizədə həyatlarını qurban
vermiş 252 vətəndaşın xatirəsini yad edəcəklər.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan tədbir iştirakçılarına müraciət edib.
15 iyul 2016-cı il tarixli
hadisələrlə bağlı tamaşa nümayiş etdiriləcək.
Türkiyənin Milli Müdafiə
Nazirliyinin “Mehteran” orkestri, tanınmış incəsənət xadimləri Uğur Işılak,
Ceyhun Çelikten, Mustafa Yıldızdoğan, eləcə də Azərbaycanın Xalq artisti Azərinin
çıxışı planlaşdırılır.
Qeyd edək ki, 15 iyul Türkiyədə
qeyri-iş günüdür.
tag: todaypress.az, Türkiyə, 15 İyul, Ərdoğan, Ankara,