Türkiyədə 126 nəfər toyuq yeməyindən zəhərləndi

Dünya

08.05.2025 22:23

19

Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib.

TodayPress “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.

Məlumata görə, yeddi fabrikdə işçilər toyuq ətindən zəhərləniblər. Onlarda ürəkbulanma, qusma, qızdırma, başgicəllənmə halları müşahidə olunub.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların durumlarının yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

tag: Toyuq, Türkiyə, Zəhərlənmə, Xəstəxana, todaypress.az,