Türkiyədə 10 avtomobil toqquşdu, 18 nəfər xəsarət aldı
Dünya
02.11.2024 21:47
Türkiyənin Afyonkarahisar şəhərində 10 avtomobil
toqquşub.
TodayPress bu barədə Türkiyə mətbuatına
istinadən xəbər verir.
Qeyd edilir ki, iki yük maşını minik avtomobilləri ilə
toqquşub. Zəncirvari qəza zamanı 18 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti
ağırdır.
Qəza və ərazidə xilasetmə işləri ilə əlaqədar nəqliyyat
vasitələrinin sıxlığı yaranıb.
Hadisənin başvermə səbəbi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
tag: Türkiyə, Qəza, Avtomobil, Nəqliyyat, Yük Maşını,