Türkiyə Yaxın Şərqə sülhməramlıların göndərilməsini təklif etdi
Dünya
07.10.2024 16:40
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Yaxın Şərqə sülhməramlı kontingentin göndərilməsinin zəruriliyini bəyan edib.
TodayPress xəbər verir ki, “Anadolu” agentliyi məlumat yayıb.
"Məzlum və günahsız insanları vəhşiliklərdən qorumaq üçün ən qısa zamanda bölgəyə sülhməramlı qüvvələr göndərilməlidir. Qış mövsümünün yaxınlaşdığını nəzərə alaraq, Rəfah sərhəd-keçid məntəqəsi və Fələstinə humanitar yardım dəhlizi dərhal açılmalıdır. Qəzzaya zəruri malların çatdırılması, xüsusilə elektrik və su kimi ehtiyyatların təmin olunması tez bir zamanda həyata keçməlidir” deyə bəyanatda bildirilib.
Erbaş qeyd edib ki, ölkə liderləri və məsul şəxslər qlobal müharibə və xaosun qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər. Bəşəriyyətin daha böyük fəlakətə sürüklənməsinin qarşısını almaq üçün BMT də can və mal itkisini kompensasiya etmək üçün hərəkətə keçməli və hüquqi prosedurlara başlamalıdır.
Töhfə Səməd
tag: Diyanət İşləri İdarəsi,Türkiyə,Ali Erbaş,Yaxın Şərq,Sülhməramlı,Qəzza,todaypress.az,