Türkiyə yaşayış binasında partlayış: 1 ölü, 17 yaralı
Dünya
03.11.2024 17:20
Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.
Partlayış nəticəsində evin bir neçə mərtəbəsi dağılıb.
Yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.
tag: Türkiyə,Partlayış,Qaz,Ev,Tikili,Todaypress.az,