Türkiyə XİN: "Pakistan və Hindistan arasında atəşkəs qərarından məmnunuq"

Dünya

10.05.2025 20:10

18

Türkiyə Pakistan və Hindistan arasında alınan atəşkəs qərarından məmnundur.

TodayPress xəbər verir ki,  bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara tərəfləri birbaşa və sağlam dialoq qurmaq üçün atəşkəsin yaratdığı bu imkandan maksimum istifadə etməyə çağırır.

“Cənubi Asiyada davamlı sabitliyi təmin etmək üçün terrorizmlə mübarizə də daxil olmaqla, oxşar gərginliklərin qarşısını alacaq dialoq mexanizmlərinin yaradılmasının zəruriliyi göz qabağındadır. Başda ABŞ olmaqla, atəşkəsə töhfə verən bütün ölkələrə təşəkkür etmək istərdik” deyə bəyanatda vurğulanıb.

tag: Türkiyə, XİN, Ankara, Asiya, todaypress.az,