Türkiyə XİN: İstanbulda Rusiya nümayəndə heyəti ilə hələlik təmas planı yoxdur
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Ukrayna ilə bağlı danışıqlar üçün İstanbula gələn Rusiya nümayəndə heyəti arasında mümkün təmaslara dair hələlik dəqiq qərar yoxdur.
TodayPress xəbər verir ki, bu barədə Ankarada jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli məlumat verib.
“Hələlik görüşlə bağlı yekun qərarlar yoxdur” deyə o diqqətə çatdırıb.
Töhfə Səməd
tag: Türkiyə ,XİN,Rusiya,Öncü Keceli,todaypress.az,