Türkiyə və Suriya Prezidentləri görüşə bilər
Dünya
15.07.2024 20:00
Suriya Prezidenti Bəşər Əsəd
bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş
ehtimalını istisna etməyib.
TodayPress xəbər verir ki, o,
bunun görüşün gündəmindən asılı olacağını deyib.
Əsədin jurnalistlərin
suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin
gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib.
Xatırladaq ki, Prezident
Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə
normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər.
tag: todaypress.az, Suriya, Türkiyə, Görüş, Bəşər Əsəd,