Türkiyə və Suriya liderləri arasında görüş başa çatdı- YENİLƏNDİ

Dünya

04.02.2025 23:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada görüş başa çatıb.

TodayPress xəbər verir ki, görüşdən sonra onlar mətbuat konfransı keçiriblə

Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam dünyası yeni iqtidar və Suriya xalqına lazımi maddi və mənəvi dəstəyi göstərməlidir: “Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın ölkələrini bərpa edə biləcəklərinə şübhəm yoxdur”.

Onun sözlərinə görə, ölkələr arasında ən müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir: “Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında da dəstəyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə könüllü formada qayıdışlar da sürətlənəcək”.

Ərdoğan qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.

Ə. Şaara isə 1967-ci il sərhədlərinin bərpa olunmasının vacibliyini vurğulayıb. O söyləyib ki, Suriya Türkiyə ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

 ***

18:35

Türkiyə Prezidenti Rəcəb Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara arasında Ankarada görüş başlayıb.

TodayPress xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

İkitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Əhməd Əl-Şara birgə mətbuat konfransı keçirəcəklər.

tag: Türkiyə ,Rəcəb Ərdoğan,Suriya,Əhməd əl-Şara,todaypress.az,