Türkiyə və Rusiya Yaxın Şərq üzrə danışıqlar aparacaq

Dünya

24.04.2025 15:25

8

Aprelin 25-də İstanbulda Türkiyə və Rusiya arasında xarici işlər nazirlərinin müavinləri görüş keçirəcək.   

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.   

Bildirilir ki, görüş çərçivəsində Yaxın Şərq üzrə məsləhətləşmələr aparılıcaq.

Danışıqlarla tərəflər arasında regional məsələlərə dair fikir mübadiləsi davam etdiriləcək.   

Türkan İsgəndərli

tag: Türkiyə,Rusiya,Görüş,Danışıqlar,Todaypress.az,