Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı oldu
Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Tərəflər Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması istiqamətindəki səyləri müzakirə ediblər.
Qeyd edək ki, H. Fidan bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə danışıb.
tag: Türkyə,XİN, Hakan Fidan, Lavrov, todaypress.az,