Türkiyə və Ermənistan nümayəndələri görüşəcəklər

Dünya

01.07.2024 15:47

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan mətbuatına diplomatik mənbə məlumat verib.

Görüşün Ermənistan-Türkiyə sərhədində, “Marqara” keçid məntəqəsi ərazisində baş tutması gözlənilir. 

Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan iki ölkənin nümayəndələri arasında yeni görüşün keçiriləcəyinə dair razılığa gəlindiyini və hələlik yerlə bağlı razılaşmanın olmadığını bildirmişdi.(caliber.az)

Günəş Mərd

tag: Türkiyə, Ermənistan, Marqara, Ruben Rubinyan, todaypress.az,