Türkiyə Ukraynanın NATO üzvlüyünün dayandırılması ehtimalını qiymətləndirdi

Dünya

23.12.2024 09:41

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin yaxın gələcəkdə razılığa gələ bilərlər”. 

TodayPress xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer deyib.

Onun sözlərinə görə, razılaşdırılacaq məqamlardan biri Ukraynanın NATO-ya üzvlüyünün uzun müddətə dayandırılması ola bilər.

“Tramp və Putinin görüşü əslində müşavirlər vasitəsilə əldə olunan atəşkəs razılaşmasını dünyaya elandan başqa bir şey olmayacaq” deyə Özer vurğulayıb.

Onun fikrincə, razılaşma Ukraynanın NATO-ya üzvlüyünün uzun müddətə dayandırılacağını, Avropa İttifaqı üzvlüyünün sürətləndirilməsini nəzərdə tutacaq.

Töhfə Səməd

tag: Türkiyə, NATO ,Avropa İttifaqı ,Putin ,todaypress.az,