Türkiyə Ukraynada dərhal atəşkəs əldə etməyə çağırır

Dünya

03.01.2025 09:39

"Türkiyə Ukraynada dərhal atəşkəs və sülh istəyir". 

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu çağırışı Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Bernard Kventinlə danışıqlardan sonra edib. 

“Biz regional mövzuları, o cümlədən Ukraynanı müzakirə etdik. Əlbəttə ki, dərhal atəşkəs və Ukraynada sülhün bərqərar olmasını istəyirik. Danışıqlar zamanı bu məsələ ilə bağlı fikirlərimizi bildirdik” deyə Hakan Fidan bildirib. 

H.Fidan qeyd edib ki, münaqişənin sona çatması miqrasiya və iqtisadi böhranların həllinə gətirib çıxaracaq. Bundan əlavə, nazir Suriyadakı vəziyyəti şərh edərək, Suriya xalqının öz gələcəyini sürətlə quracağına ümid etdiyini bildirib.

Günəş Mərd

tag: Miqrasiya, Münaqişə, Hakan Fidan ,Suriya, todaypress.az,