Türkiyə Ukraynada atəşkəsi vacib hesab edir

Dünya

06.12.2024 07:18

Türkiyə Ukraynada dərhal atəşkəs və ədalətli sülhə nail olmağı vacib hesab edir.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatında deyilir.


İclas zamanı beynəlxalq hadisələrin münaqişənin gedişatına mümkün təsirləri dəyərləndirilərək, onun daha dərinləşməsinin qarşısının alınmasının lazım olduğu da vurğulanıb.

Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

 

tag: Ukrayna, Türkiyə, Münaqişə, Sülh, Ərdoğan, Zelenski, todaypress.az,