Türkiyə Suriyada hərbi bazalar qurmağı planlaşdırır?
Dünya
03.02.2025 11:08
Türkiyə Silahlı Qüvvələri Suriyada F-16 qırıcılarının yerləşdirilməsi üçün iki hərbi baza qurmağı planlaşdırıb.
TodayPress xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
Hərbi bazaların tikilməsi Türkiyə və Suriya arasında potensial müştərək müdafiə sazişi ilə əlaqələndirilib.
O cümlədən hərbi bazalar vasitəsilə Ankaranın təhdidlər zamanı Dəməşqə kömək etməsi və Suriya ordusuna təlim keçməsi nəzərdə tutulub.
Bundan əlavə, Suriya İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən pilotsuz təyyarələr, radarlar və elektron döyüş sistemləri tələb edib.
PUA-ların ilk partiyasının yaxın vaxtlarda təhvil verilməsi gözlənilir.
Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyib.
Xatırladaq ki, fevralın 2-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatını bərpa etməkdir.
Nicat Osman
tag: Suriya,Türkiyə,Hərbi baza,Saziş,Todaypress.az,