Türkiyə-Suriya münasibətləri normallaşır – Ərdoğandan nikbin açıqlama

Dünya

28.06.2024 16:04

“Suriya ilə münasibətlərin normallaşması üçün heç bir əngəl yoxdur”. 

TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

“Suriya ilə münasibətləri keçmişdə necə inkişaf etdirmişiksə, indi də eyni şəkildə inkişaf etdirəcəyik. Bizim Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Suriya xalqı bizə qardaş xalqdır” deyə o əlavə edib. 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd dünən Dəməşqdə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentevlə görüşündə Türkiyə ilə münasibətlərin normallaşdırılması ehtimalının müsbət olduğunu bəyan edib və Dəməşqin bu istiqamətdəki təşəbbüsləri alqışladığını vurğulayıb.  

Günəş Mərd

tag: Türkiyə, Suriya, Ərdoğan, KİV, Xalq, Bəşər Əsəd, todaypress.az,