Türkiyə Suriya ilə sərhədə ağır texnika yığır
Dünya
19.01.2025 13:55
Türkiyə ordusuna məxsus zirehli texnika və sursatlar PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Ayn Əl Ərəb (Kobani) şəhəri sərhədinə göndərilib.
TodayPress xəbər verir ki, bu barədə “YeniŞafak” məlumat verib.
Bildirilib ki, Şanlıurfanın Suruç rayonunun Aligör məhəlləsi ərazisindən keçən hərbi karvan sərhəd xəttinə doğru hərəkət edib.
Ağır texnikaların görüntülərini Türkiyə KİV dərc edib.
Nicat Osman
tag: Suriya,Türkiyə,Texnika,Hərb,Sərhəd,Todaypress.az,