Türkiyə şəhid verdi

Dünya

23.08.2024 00:29

Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə ordusuna məxsus hərbi avtomobil qəza edib.

TodayPress bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qəza nəticəsində əsgər Uğurcan İşığın şəhid olduğu, 11 əsgərin yaralandığı bildirilib.

“Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralı silahdaşlarımıza şəfa diləyirik”, - nazirliyin məlumatında qeyd olunub.

tag: Türkiyə, Şəhid, Ordu, Əsgər,todaypress.az,