Türkiyə Rusiyanın ATACMS ilə vurulmasına münasibət bildirdi
Dünya
20.11.2024 10:06
ABŞ prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verməsi Kiyev üçün vəziyyəti daha da çətinləşdirəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Materialda qeyd olunub ki, Cozef Bayden ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll edə bilməməsi üçün belə bir addım atıb.
Bu qərar Trampın qeyri-rəsmi ritorikasına cavabdır.
Günəş Mərd
tag: ABŞ ,Ukrayna ,Rusiya,Türkiyə,ATACMS ,todaypress.az,