Türkiyə, Rusiya və İran XİN başçıları Qətərdə görüşəcək
Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Suriya üzrə “Astana formatı” görüşü dekabrın 7-də Qətərdə keçiriləcək.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Qeyd edək ki, bundan öncə Zaxarova Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin Suriya ilə bağlı bir-biri ilə sıx əlaqədə olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Türkiyə ,İran, Rusiya,Qətər ,Görüş ,todaypress.az,