Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə əməliyyata başladı

Dünya

01.07.2024 19:35

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minaların axtarışı üzrə birgə əməliyyata başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Məlumata görə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə Bolqarıstan, Rumıniya və Türkiyə minalardan təmizləmə üzrə birgə qrup yaratmaq üçün bir araya gəlib.

2024-cü ilin yanvarında irəli sürülən bu təşəbbüs dinc gəmiçilik, xüsusilə də Ukraynadan taxıl ixracı üçün təhlükə yaradan dəniz minalarına qarşı mübarizədə mühüm addımdır.

Günəş Mərd

tag: Türkiyə, Rumıniya, Bolqarıstan, Qara dəniz, todaypress.az,