Türkiyə Qərbi iğtişaşları qızışdırmaqda ittiham etdi

Dünya

05.12.2024 16:04

"Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırlar". 

TodayPress “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.

“Bircə dənə də olsun Qərb diplomatını iğtişaşları qızışdırmaq istədikləri üçün Cənub-Şərqi Anadoluya buraxmadım” dedi.

Belə ki, Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı atdığı addımlara münasibət bildirib. O əlavə edib ki, bu barədə ilk dəfə danışır, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb. Soylu qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.

Töhfə Səməd

tag: Anadolu ,Türkiyə, Daxili İşlər Nazirliyi , Çağırış ,todaypress.az,