Türkiyə Prezidenti: Heç kim almanları və fransızları formalarındakı qartal və xoruz təsvirlərinə görə tənqid etmir
Dünya
05.07.2024 22:38
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsinin
Avro-2024-ün 1/8 finalında Avstriya millisi ilə oyun zamanı millətçi jest işlədən
Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralla bağlı mövqeyini tənqid edib.
TodayPress xəbər verir ki,
Astanada ŞƏT-in Zirvə toplantısında Türkiyə liderini müşayiət edən jurnalistlərlə
söhbətində Ərdoğan heç kim Almaniyanı formasındakı qartala, Fransanı isə xoruz
təsvirinə görə tənqid etmir deyə söyləyib.
“Kimsə almanlardan
formalarında qartalın səbəbini soruşur? Həm də heç kim fransızlara xoruz
haqqında heç nə demir və onlardan soruşmur ki, niyə “xoruzlanırsız”? Merih Dəmiral
sevincini bu cür ifadə etdi. Müvafiq şəxslər Türkiyə Xarici İşlər Nazirliyinə
çağırılıb, lazımi tədbirlər görülür” deyə Türkiyə lideri qeyd edib.
O, şənbə günü Niderland
yığması ilə görüşdə Türkiyə millisinin növbəti qələbəsinə ümid etdiyini
bildirib. Hər hansı bir fövqəladə hadisə baş verməsə, mən bu matçda iştirak edəcəyəm” deyə Ərdoğan bildirib.
tag: Türkiyə, Almaniya, Fransa, Merih Demiral, todaypress.az,