Türkiyə prezidenti Baydenlə telefonla danışdı
Dünya
02.08.2024 02:00
Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.
TodayPress Türkiyə
mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ
arasındakı ikitərəfli əlaqələr, Qəzza problemi, Türkiyədə girov mübadiləsi,
regional və qlobal hadisələr müzakirə edilib.
Ərdoğan Netanyahu
administrasiyasının atəşkəs və sülh istəmədiyini vurğulayaraq ABŞ Nümayəndələr
Palatasındakı görüntülərin Türkiyəni və dünyanı məyus etdiyini, HƏMAS Siyasi
Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin atəşkəs səylərinə ağır zərbə
olduğunu, İsrailin Qəzzadakı yanğını bütün bölgəyə yaymaq üçün çalışdığını
deyib.
Görüş zamanı ABŞ prezidenti Bayden prezident Ərdoğana girov mübadiləsinin rahat keçməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.
tag: Türkiyə, Bayden, Ərdoğan, Telefon danışığı, todaypress.az,