Türkiyə PKK-nın lideri Yaşar Çekiqi zərərsizləşdirdi

Dünya

02.12.2024 12:36

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada növbəti əməliyyat keçirib.

TodayPress "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan PKK\YPG-nin sözdə liderlərindən biri Yaşar Çekici Tel Rıfat bölgəsində öldürülüb.

Məlumata görə, sözügedən terrorçu Türkiyə, İraq və Suriyada Türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Axtarılan Terrorçular Siyahısının qırmızı kateqoriyasında yer alırdı. O, həmçinin İnterpol tərəfindən də axtarışda idi.

Nəzrin Abbas

tag: İraq, Suriya, PKK,Yaşar Çekic,todaypress.az,