Türkiyə parlamentində dava düşdü

Dünya

16.08.2024 17:25

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib.

Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.

tag: Türkiyə,Türkiyə Böyük Millət Məclisi, Deputatlar, Gərginlik, Dava, todaypress.az,