Türkiyə Pakistan və Hindistana çağırış etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib.
TodayPress xəbər verir ki, o, bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.
"Odun üzərinə benzin tökmək istəyən, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var. Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.
Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Pakistan ,Hindistan,todaypress.az,