Türkiyə ordusu Suriyada 5 PKK terrorçusunu məhv etdi
Dünya
22.11.2024 14:53
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Fırat Qalxanı və Zeytun budağı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 5 üzvü məhv edilib.
Vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.
tag: Türkiyə, PKK, Ordu, Terror, Milli Müdafiə Nazirliyi, todaypress.az,