Türkiyə Ordusu Suriya və İraqda əməliyyat keçirdi
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı "Pənçə-Kilit" əməliyyat bölgəsində 11, Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyat bölgəsində isə 2 PKK terrorçusu məhv edilib.
Bildirilib ki, Türkiyə ordusu terrorçulara qarşı mübarizəni davam etdirir.
tag: Türkiyə, Nazirlik, Terrorçu, Mehmetçik, todaypress.az,