Türkiyə ordusu İraqda əməliyyat keçirdi, 9 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü məhv edilib.
Nazirlikdən o da vurğulanıb ki, terorrçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: “Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”.
tag: Türkiyə Ordusu, İraq, Silahlı Qüvvələr, PKK, Terror, todaypress.az,