Türkiyə ordusu İraqda əməliyyat keçirdi

Dünya

19.11.2024 17:50

783

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Pənçə-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının üç üzvü məhv edilib.

Nazirlikdən qeyd edilib ki, terrorçulara qarşı mübarizə sonadək davam edəcək.

tag: Türkiyə, Milli Müdafiə Nazirliyi, PKK, Terror, Əməliyyat, todaypress.az,