Türkiyə ordusu İraqda əməliyyat keçirdi: 3 terrorçu zərərsizləşdirildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Qara bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının üç üzvü məhv edilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
tag: PKK, İraq, Terror, Təşkilat,Kəşfiyyat İdarəsi, todaypress.az,