Türkiyə ordusu İraqda çoxlu sayda silah-sursat ələ keçirdi

Dünya

31.01.2025 16:44

Türkiyə Ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində "Pəncə-kilid" əməliyyatı bölgəsində terroçulara məxsus çoxlu sayda silah-sursat və digər avadanlıqlar ələ keçirilib.

Belə ki, 10 ədəd "AK-47" və 2 ədəd "M-16" avtomatı, 1 ədəd "7,62 PKMS" snayper tüfəngi, 7 ədəd "AT-4" tank əleyhinə silah və 60 ədəd əl qumbarası, eləcə də digər silah-sursat və ləvazimat aşkar olunaraq götürülüb.

tag: Türkiyə , İraq,Silah,Terror,Pəncə-kilid,todaypress.az,