Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirdi
Türkiyə Silahlı Qüvvələri TUSAŞ-da terror hücumundan sonra İraq
və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.
TodayPress bu barədə Türkiyə KİV-ə
istinadən yazır.
Türkiyə Milli
Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən açıqlamada deyilir.
“İraq və
Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib. 32
hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam
edir”.
Açıqlamada
həmçinin Türkiyənin bu əməliyyatı Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqdan istifadə
edərək, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı
terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək
məqsədilə başlatdığı bildirilir.
tag: Türkiyə, Terror, PKK, Zərbə, Müdafiə Nazirliyi, todaypress.az,