Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edildi
Dünya
02.07.2024 03:00
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi
naziri Mehmet Özhaseki və səhiyyə naziri Fahrettin Koca vəzifələrindən istefa
veriblər.
TodayPress xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan tərəfindən istefaları qəbul edilən Mehmet Özhaseki və Fahrettin Kocanın
yerinə müvafiq olaraq Murat Kurum və Kemal Memişoğlu təyin ediliblər.
Türkiyə Prezidentinin buna dair qərarı “Rəsmi” qəzetdə
yayımlanaraq qüvvəyə minib.
Qeyd edək ki, Türkiyənin yeni təyin olunan səhiyyə naziri
Kemal Memişoğlu 2016-cı ildən indiyədək İstanbul şəhər səhiyyə müdiri vəzifəsini
icra edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə
2018-2023-cü illərdə eyni vəzifədə işləyib.
tag: Türkiyə, Nazir, Fahrettin Koca, Mehmet Özhaseki, todaypress.az,