Türkiyə MN Azərbaycan hərbçilərinə təşəkkür etdi
Dünya
27.06.2024 11:57
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə-Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.
TodayPress xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:
"Can Azərbaycandan uşaqlarımıza tam dəstək!
Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib.
Sağ ol can Azərbaycan, sağ ol Qarabağ aslanları.. Biz həmişə birik!"
tag: Türkiyə, MN, Azərbaycan, Qardaş Ölkə, Çexiya, todaypress.az,