Türkiyə MN 1915-ci il hadisələrini yad etdi

Dünya

24.04.2025 15:40

6

Türkiyənin Milli Müdafiə Nazirliyində Osmanlı dövlətinin son illərində ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsi yad edilib. 

TodayPress xəbər verir ki, qardaş ölkənin müdafiə qurumu Anadoluda erməni silahlı dəstələri tərəfindən törədilən qanlı cinayətlərə diqqət çəkib. 

“1915-ci il hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilmiş müdafiəsiz və günahsız türkləri yenidən xatırlayırıq” deyə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

tag: Türkiyə,Milli Müdafiə,Nazirlik,1915,Todaypress.az,

photo